AZ

Yəməndə 90 günlük fövqəladə vəziyyət elan edilib

Ajans.az SABA dövlət xəbər agentliyinə istinadən xəbər verir ki,sənəddə qeyd olunur ki, fövqəladə vəziyyət 30 dekabr 2025-ci il, çərşənbə axşamı günündən etibarən qüvvəyə minəcək və zərurət yaranacağı təqdirdə müddəti uzadıla bilər. Fərmanda fövqəladə tədbirlərin tətbiqinə səbəb kimi 2014-cü ildən bəri ölkədə davam edən çevriliş prosesi, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən Yəmənin şərq əyalətlərinə qarşı hərbi hücum əmri aldığı bildirilən üsyançı qrupların təhrik etdiyi iğtişaşlar göstərilir.

Rəsmi dairələr vəziyyətin nəzarətdə saxlanılması və təhlükəsizliyin təmin olunması məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildiriblər.

Seçilən
91
Ajans.az

1Mənbələr