Hazırda Amerika departamentində sərt qütb şəraitində işləyə bilən cəmi iki oxşar gəmi olduğu halda, Rusiyada buzqıran gəmilərin sayı təxminən 40-a çatır.
“Finlandiya tərsanələri dünyanın ən yaxşı buzqıran gəmilərini və böyük kruiz gəmilərini istehsal edəcək. Bu buzqıran sifarişin alınması Helsinki və bütün gəmiqayırma sənayemiz üçün böyük nailiyyətdir”, - Finlandiyanın İqtisadi İşlər naziri Sakari Puisto vurğulayıb.
![]() |
| WSJ:“Amerika Çinin fəallığından narahatdır” |
Sənəd Finlandiya tərsanələrində dörd gəminin inşasını nəzərdə tutur, daha 7 buzqıran gəminin isə Finlandiya texnologiyası və təcrübəsindən istifadə olunmaqla daha sonra ABŞ-də inşası planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl Amerika hakimiyyətinə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri ABŞ-nin milli təhlükəsizlik orqanlarınınArktikadakı Çin sualtı qayıqlarını Uzaq Şimal bölgəsində Pekindən artan təhlükə kimi qiymətləndirdiyini yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
