Hava dəyişkənliyi uşaqlarda öskürək, qrip və s. ilə müşahidə olunur.
Bəs həkimə hansı hallarda müraciət olunmalıdır?
Redaktor.az bu sualla pediatr Qoşqar İsmayılova müraciət etdi.
"Ümumiyyətlə, indiki viruslarda - həm virus mənşəli bronxit, həm də bakterial mənşəli olur. Yüksək hərarət, öskürək, tənəffüs darlığı əlamətləri varsa, mütləq həkimə müraciət etməlidirlər. Çünki gecikdirilən zaman müxtəlif problemlər, xüsusilə də pnevmoniya kimi sətəlcəm, ağciyərin iltihabı xəstəliyi ortaya çıxa bilər", - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI