AZ

Ev heyvanlarına görə cərimə edilə bilərsiniz DİQQƏT

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Yaşayış binalarında qonşular arasında gərginliyə səbəb olan məsələlərdən biri də evdə heyvan saxlanılması ilə bağlı olur. 

Xüsusilə çox sayda itin bir mənzildə saxlanılması sakinlərin narazılığına yol açır. Belə hallarda vətəndaşların hansı hüquqlara malik olduğu və bunun qanunla necə tənzimləndiyi maraq doğurur. 

“Cebheinfo.az” xəbər verir ki, vəkil Vamiq Şükürov bu barədə danışıb. O bildirib ki, bəzən sakinlər qonşunun evində çox sayda pişik saxlaması, antisanitar vəziyyət yaratması və səs-küy salmasından şikayət edir: 

"Qanunvericiliyə əsasən, çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. 

İnzibati Xətalar Məcəlləsinin 290.1.3-ci maddəsinə əsasən it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına görə 200 manat məbləğində cərimə edilir. Belə hallarla rastlaşdıqda şikayət verə bilərsiniz". 

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
84
1
cebheinfo.az

2Mənbələr