Bakı. Trend:
23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB)Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Dəmir Yolları" (ADY)QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə”qərarı verilib.
Trend BFB-yəistinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunəyazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci iltarixində bitib.
AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr2025-ci il tarixində həyata keçirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı FondBirjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması,Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinintələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart BazarListinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində“Emitentinprofili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001009268 |
İstiqraqzların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 300,000 ədəd |
İlkin ticarət qiyməti | 100 ABŞ Dolları |
Buraxılış həcmi | 30,000,000 ABŞ Dolları |
İllik gəlirlilik faizi | 7% |
Ödəmə periodu | Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdənetibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunuqəbul etmək şərti ilə) ödənilir |
Tədavül müddəti | 5 il |
Reallaşdırılmış həcm | 30,000,000 ABŞ Dolları |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 30,000,000 ABŞ Dolları |
Hərrac qiyməti | 100 ABŞ Dolları |
İnvestor sayı | 331 |
Sifariş sayı | 380 |
Anderrayter | “ABB-İnvest İnvestisiya Şirkəti” QSC |