Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev LGBT təbliğatı da daxil olmaqla qanunsuz məzmunun yayılmasını məhdudlaşdıran dəyişiklikləri edən qanunu imzalayıb.
Ölkə.Az xəbər verir ki, Prezidentin mətbuat xidmətinin açıqlamasında deyilir: "Dövlət başçısı "Qazaxıstan Respublikasının arxiv məsələləri və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikasının Qanununu imzaladı" .
Senat əvvəllər bu qanuna düzəlişləri təsdiqləmiş və yeni bir bənd əlavə etmişdi. Orada deyilir: "Gənc nəsli qeyri-ənənəvi cinsi əlaqələrin və pedofiliyanın təbliğindən qorumaq".