AZ

Beyons milyarder oldu

Beyons rəsmi olaraq milyarder və bu statusa çatan dünyada beşinci musiqiçi olub.

"Yeni Sabah" forbes-a istinadla xəbər verir ki, 44 yaşlı müğənninin əri Cey-Zi 2019-cu ildən, həm də ilk musiqiçi milyarderdir. Rihanna, Brus Sprinqstin və Teylor Svift də bu elit klubun üzvləridir.

Beyonsun bir neçə biznesi şirkəti var: saça qulluq brendi "Cécred", "SirDavis" viskisi və "Ivy Park" geyimləri.  Onun sərvətinin böyük hissəsi onun musiqisi, o cümlədən mahnılar kataloqu və dünya turlarından əldə etdiyi gəlirlə bağlıdır.

Xatırladaq ki, hazırda dünyada 3000-dən çox milyarder var.


Telegram kanalımız
Seçilən
167
1
yenisabah.az

2Mənbələr