Səudiyyə Ərəbistanı Özbəkistandan ən azı 20.000 miqrant işçi işə götürmək niyyətindədir.
Ölkə.Az-ın Özbəkistan KİV-inə istinadən məlumatına görə, bu, Özbəkistan Respublikası Məşğulluq Nazirliyinin rəhbəri Botir Zahidovla Səudiyyə Ərəbistanının Özbəkistandakı səfiri Yusuf bin Solih əl-Otaybi arasında keçirilən görüş zamanı məlum olub.
Tərəflər həmçinin bir sıra ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün təlim mərkəzlərinin yaradılması imkanlarını nəzərdən keçiriblər.