AZ

Yanacağın qiymətinin artması avtobuslarda tariflərə təsir göstərəcəkmi? - AÇIQLAMA

Tarif (Qiymət) Şurasının son qərarı ilə ölkədə Aİ-92 markalı benzin və dizel yanacağının qiymətlərində artım qeydə alınıb. Belə ki, Aİ-92 benzininin bir litri 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizel yanacağının litri isə 1 manatdan 1 manat 10 qəpiyə yüksəldilib.

Maraqlıdır, yanacağın bahalaşması ictimai nəqliyyatda gediş haqqının da artırılması ilə nəticələnə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, benzin və dizelin qiymətinin müəyyən səviyyədə artması dərhal ictimai nəqliyyatda qiymət artımına əsas vermir:

"Ola bilər ki, daşıma şirkətlərinin müəyyən qədər xərcləri artsın, lakin məbləğ cüzi olacağı üçün məsrəf bir o qədər də yüksək deyil. Konkret qiymət artımı üçün Tarif Şurasının qərarı olmalıdır. Bu isə ilin əvvəli olmasa da, ortalarına doğru diferensiallaşdırma məqsədi ilə baş verə bilər".

Nuriyyə NATİQQIZI

Seçilən
129
1
redaktor.az

2Mənbələr