AZ

Cəzaçəkmə müəssisələrinə xəbərdarlıq etmədən daxil ola bilən şəxslərin siyahısında dəyişiklik edilib

Bakı. Trend:

Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdanməhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolmaqaydasında dəyişiklik edilib.

Trend-inməlumatına görə, bnununla bağlı ədliyyə naziri Fərid Əhmədovmüvafiq Qərar imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun olaraqAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(ombudsman) və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləriistənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidmətivəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinəburaxılacaqlar.

Azərbaycan Respublikasının ədliyyə naziri, ədliyyə nazirininmüavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində NaxçıvanMR-ın ədliyyə naziri və onun müavini), Ədliyyə NazirliyininStrateji planlaşdırma və monitorinq baş idarəsinin rəhbər heyəti vəişçiləri, Cəzaların icrasına nəzarət baş idarəsinin rəhbər heyətivə işçiləri, Tibb baş idarəsinin rəhbər heyəti və işçiləri,Penitensiar xidmətin rəis müavinləri, Xidmətin Stratejiplanlaşdırma və monitorinq idarəsinin rəisi, Əməliyyat-rejimidarəsinin rəisi və bu idarənin şöbə rəisləri maneəsiz vəəvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməkləcəzaçəkmə müəssisələrinə buraxılacaqlar.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının İnsanhüquqları üzrə müvəkkili (ombudsman), Ombudsmanın Milli PreventivQrupunun üzvləri, Azərbaycan Respublikasının Ədliyyə Naziri,Ədliyyə Nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasınınərazisində Naxçıvan MR-ın Ədliyyə Naziri və onun müavini), PX-ninrəis müavinləri, qərargah rəisi, Tibb baş idarəsinin rəisi vəmüavinləri, əməliyyat, rejim və nəzarət şöbələrinin rəisləri,habelə Ədliyyə Nazirliyi üzrə 29 iyun 2001-ci il tarixli 19-Tnömrəli əmrin 1-ci bəndində göstərilən şəxslər maneəsiz vəəvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməkləcəzaçəkmə müəssisələrinə buraxılırlar.

Məlumat üçün bildirək ki, qərar dekabrın 29-da qəbul edilib,dekabrın 30-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,dekabrın 31-də qüvvəyə minəcək.

Seçilən
87
11
az.trend.az

10Mənbələr