"Barselona"nın futbolçusu Pedri zədəsini sağaldıb.
QOL.az xəbər verir ki, bu barədə "Diario AS" məlumt yayıb.
22 yaşlı yrımmüdafiəçi ilin son matçında - “Vilyarreal”a qarşı oyunda (2:0) arxa bud əzələsində yaranan diskomfort səbəbindən iştirak etməmişdi. Lakin ispaniyalı futbolçu artıq tam sağalıb. O, yanvarın 3-də “Espanyol”la növbəti görüşdə meydanda ola biləcək.
Bundan başqa, çiyin zədəsindən sonra Dani Olmonun da komandanın heyətinə qayıtması gözlənilir.
Qeyd edək ki, Pedri bu mövsüm bütün turnirlərdə “Barselona”nın heyətində 19 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.