Bakı. Trend:
Azərbaycan ilə Türkiyə arasında arasında peşə təhsili sahəsindəəlavə protokol təsdiqlənib.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Bakı şəhərindəimzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə TürkiyəRespublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığadair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol” təsdiqedilib.