Xalq artisti Röya Ayxanın Xətai Rayon İcra Hakimiyyətinə təmtəraqlı gəlişi müzakirə yaradıb. İcra hakimiyyətinin inzibati binasına idman geyimində gələn Röyanı icra başçısı Rafiq Quliyevlə yanaşı deputatların da müşaiyət etməsi ciddi tənqid edilib.
Pravda.az məsələ ilə bağlı Xətai RİH-yə sorğu ünvanlayıb.
RİH-dən verilən açıqlamada isə bildirilib ki, Xalq artisti Röya Ayxan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şagirdləri üçün konsert proqramı ilə çıxış edib:
"Tədbirdə icra başçısı, millət vəkilləri, şəhid və qazi ailələri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin memarı olduğu Liseyin muzeyi ziyarət olunub".
Aytəkin Qardaşova