"Mundo Deportivo" "Barselona" azarkeşləri arasında maraqlı sorğu keçirib.
Fanat.Az xəbər verir ki, nəşr tərəfdarlardan komandaya hansı yeni oyunçunun transfer olunmasını və hazırkı oyunçulardan kimin göndərilməsini istədiklərini öyrənib.
Azarkeşlər tərəfindən ən çox arzulanan yeni transfer səslərin 31,3 faizini toplayan "Atletiko Madrid"in hücumçusu Julian Alvarezdir. "Barselona" tərəfdarları argentinalı oyunçunu Robert Levandovskinin ən yaxşı əvəzedicisi hesab edirlər.
Bundan əlavə, azarkeşlər katalonların polşalı hücumçuya yeni müqavilə təklif etməsinə qarşı səs veriblər. Onlar Markus Raşfordun "Mançester Yunayted"dən alınması ideyasını da dəstəkləyiblər.