Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizəköçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunmasıişlərini davam etdirir.
Trend xəbərverir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində dogmayurdlarına köçürülmüş sakinlərdən artıq 7817 şəxsin məşğulluğutəmin edilib. Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluqproqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.
Habelə 352 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığıkurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlətəminatına dəstək göstərilir.