AZ

İqtisadçı: Növbəti il üçün dəqiq proqnoz vermək çətindir

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Gələn il inflyasiyanın 3–4% civarında olması gözlənilir. Bu, iqtisadi sabitlik üçün normal hesab edilir”. Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib. O deyib ki, bu il isə bəzi məhsulların qiymətləri sürətlə artdığı üçün inflyasiyanın tempi daha yüksək olub:“Hazırda illik inflyasiya təxminən 6% təşkil edir. Növbəti il üçün dəqiq proqnoz vermək çətindir. Əgər enerji daşıyıcılarının qiymətləri və digər tənzimlənən tariflər yüksələrsə, məhsul və xidmətlərin qiymətləri də artır. Bu isə inflyasiyanın bir qədər yüksəlməsinə səbəb ola bilər. Orta statistik vətəndaş artıq marketlərdə qiymətlərin tez-tez dəyişdiyini görür. Ərzaq və digər gündəlik malların qiyməti artdıqca, inflyasiyanın təsiri daha aydın hiss olunur”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
demokrat.az

1Mənbələr