AZ

Putin Azərbaycan liderini təbrik etdi

Vladimir Putin bir sıra xarici ölkələrin dövlət və hökumət başçılarına Yeni il və Milad bayramı münasibətilə təbriklərini çatdırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

O cümlədən Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan prezidenti və baş nazir Vahan Xaçaturyana və Nikol Paşinyana təbriklər göndərilib.

Belarus Prezidenti Aleksandr Lukaşenkoya, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Tacikistan Prezidenti Emoməli Rəhmona, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova, Türkmən xalqının ümummilli lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədova və Prezident Şavkat Mirziyoyevə də təbriklər göndərilib.


Telegram kanalımız
Seçilən
119
yenisabah.az

1Mənbələr