Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Milli Məclis tərəfindən qəbul edilən hərbi qanunvericilikdəki dəyişikliklərdə əsas məqsəd hərbi xidmətin faydalarını artırmaqdır. Şəxsi fikrimcə, burada həm müsbət, həm də narahatedici məqamlar mövcuddur. Dünən dövlət başçısı Milli Məclisin qəbul etdiyi qərarları təsdiqlədi. Bu dəyişikliklərə hərbi qulluqçuların xidmət müddətinin artırılması, katiblik yerlərinin sayı və digər məsələlər daxildir".Bunu Demokrat.az-a açıqlama hərbi ekspert Üzeyir Cəfərov deyib. O, hesab edir ki, Qarabağ işğaldan azad olunduqdan sonra hərbi qanunvericilikdə ciddi islahatlar aparılmalıdır:"Bu proses yalnız 3-5 nəfərlik müzakirələrlə məhdudlaşmamalı, QHT-lər, ictimaiyyət nümayəndələri və media iştirak etməklə geniş şəkildə həyata keçirilməlidir. Hazırda qəbul edilən dəyişikliklər isə təkcə dəyişikliklərdən ibarət olmamalı, əsaslı qanunvericilik bazası yaradılmalıdır. Silahlı Qüvvələr plana uyğun fəaliyyət göstərir və qəbul edilən qanunlar onların döyüş qabiliyyətinə mənfi təsir göstərmir. Bu qanunlar əsasən hərbi qulluqçuların xidmətlərini tənzimləyir".Ekspert bildirib ki, narahatedici məqamlar da var:"Müharibədən ötən 5 ildən çox zaman keçməsinə baxmayaraq, Silahlı Qüvvələrlə bağlı maliyyə məsələləri hələ də tam həllini tapmayıb. Məsələn, ötən il hər kəs gözləyirdi ki, hərbi qulluqçulara müdafiə ilə bağlı bəyanat veriləcək, amma bu proses hələ uzun çəkir. Həmçinin, bəzən qəbul edilən qərarların icrası və mexanizmləri gözlənilən təsiri göstərmir. Məsələn, əvvəllər hərbi formada gəzənlərə qarşı cərimələr tətbiq edilirdi, amma şəhərdə hələ də bu hallara rast gəlmək olur. Ümid edirəm ki, 2026-cı ildə bu proseslər sürətlənəcək, qəbul edilən qərarlar Silahlı Qüvvələrin döyüş qabiliyyətini artıracaq və ordunun psixoloji vəziyyəti yaxşılaşacaq. Qalib ordu isə ən yaxşı qanunlarla idarə olunmalıdır".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.