AZ

Almaniya Türkiyə və Liviyanın bu qərarını rədd etdi

Almaniya Türkiyə və Liviyanın Ankarada qəzaya uğrayan “Falcon 50” tipli təyyarənin qara qutusunu təhlil etmək qərarını rədd edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya qara qutu ilə bağlı təhlil aparmaq üçün texniki imkanlara malik olmadığını bəyan edib.

Qeyd olunub ki, qara qutu təhlil üçün Böyük Britaniyaya göndəriləcək.

Xatırladaq ki, dekabrın 23-də Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və daha dörd nəfəri daşıyan təyyarə Türkiyədə qəzaya uğrayıb. Təyyarənin qalıqları Ankaranın Esenboğa Beynəlxalq Hava Limanı yaxınlığındakı Haymana rayonunda geniş bir əraziyə səpələnmiş şəkildə tapılıb.

Seçilən
34
publika.az

1Mənbələr