“Aİ-92” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb.
Pravda.az xəbər verir ki, bu barədə Tarif Şurasının məlumatında bildirilib.
Qeyd edək ki, “Aİ-92” 1 manat 10 qəpik, dizel isə 1 manat idi. Dəyişiklikdən sonra “Aİ-92” 1 manat 15 qəpik, dizel isə 1 manat 10 qəpik müəyyənləşib.
Tarix: 30 Dekabr 2025, 14:47