ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Professor, tibbi ekspert Adil Qeybulla sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
“Cebheinfo.az” xəbər verir ki, o, Şəki Ensiklopediyasının rəhbərliyinə müraciət edərək adının nəşrdən çıxarılmasını tələb edib. Adil Qeybulla paylaşımında bildirib ki, həmin ensiklopediyada yer almaq istəmir:
“Gələn ilin birinci yarısında nəşr edilməsi planlaşdırılan Şəki Ensiklopediyasında yer alacaq şəxslərin sırasından adımın çıxarılmasını tələb edirəm. Dəyərli yurddaşlarımın bunu anlayışla qarşılamalarını arzu edərdim. Həmin kitabda poz verən bəzi apologetlərlə adımın hallanmasını qətiyyən istəmirəm. Geci və tezi tarix hər kəsi öz yerinə qoyacaq".
Məsələ ilə bağlı professor-ekspert Adil Qeybulla “Cebheinfo.az”a açıqlamasında mövqeyini bir daha təsdiqləyib. O bildirib ki, qərarının səbəbi müraciətində müəyyən qədər ifadə olunub: “O suala müraciətdə qismən cavab vermişəm. Səbəb orada göstərilib”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.