Bakı. Trend:
Yanvarın 1-dən etibarən Tarif Şurasının iclasında yeni dövlətqeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı hədditəsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağısalınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərmanvasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ciil 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalaravə Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilətəsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Trend xəbərverir ki, bununla bağlı Tarif Şurası qərar verib.
Qərara görə, ticarət adı, farmasevtik forması, təsiredicimaddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsalölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmişdərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmiinternet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində(http://tariff.gov.az/documents/DVA.pdf)yerləşdirilib.