AZ

İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülənyenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsaitqoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlətdəstəyinin davamı olaraq, “Azərişıq” ASC-nin təklifləri əsasındaTarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdəelektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödənişməbləğlərinə güzəştlər müəyyən edilib.

Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədərolan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrikşəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin vəistehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65% güzəşttətbiq ediləcək.

Həmçinin, istehlak gücü 200 kVt-a qədər (orta gərginliklişəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin,habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərininaşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrəqoşulması ödənişsiz olacaq.

Bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçünelektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəliedəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalininməskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinəəlavə stimul verəcək.

Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçünlayihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərininyaradılmasını dəstəkləyir.

Seçilən
92
40
az.trend.az

10Mənbələr