
Novqorod vilayətində yerləşən Rusiya dövlət iqamətgahına edilən hücum cəhdi yalnız Rusiya Prezidenti Vladimir Putinə qarşı deyil, eyni zamanda ABŞ Prezidenti Donald Trampa və onun Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair səylərinə qarşı yönəldiyini bildirib.
Yeniavaz.com“İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Bu, təkcə Prezident Putinə qarşı yönəlməyib. Burada həm Zelenskinin Milad müraciətində səsləndirdiyi fikirləri, həm də Putin haqqında dediyi sözləri xatırlatmaq istərdim. Bu həm də Trampa qarşı yönəlib və Prezident Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həllini təşviq etmək səylərini pozmağa hesablanıb” – deyə Peskov bildirib.