AZ

Rusların Sumıya hücumu davam edir

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya ordusu Yunakovka, Andreevka, Yablonovka, Varaçino və Kondratovka kəndlərinə basqın edərək Ukraynanın Sumı vilayətində “bufer zona” yaratmaq cəhdlərini davam etdirir.

Reyting.az bildirir ki, bu barədə Ukrayna ordusunun Kursk qüvvə qrupunun rabitə mərkəzi məlumat yayıb.

Xidmətin məlumatında qeyd olunur:

“Rusların əsassız iddialarına baxmayaraq, Kursk Qüvvə Qrupu düşmənə layiqli cavab verir və onlara uğur şansı yaratmır”.

Bildirilir ki, Rusiya qüvvələrinin iddialarına baxmayaraq, Xoten kəndi Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir:

“Buna görə də yerli sakinlərə müraciət edirik: düşmənin yalanlarına məhəl qoymayın, sakit qalın və Ukrayna Silahlı Qüvvələrinə inanın! Yalnız Ukrayna Müdafiə Qüvvələrindən təsdiqlənmiş məlumat mənbələrinə etibar edin!”.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
reyting.az

1Mənbələr