ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın Araqon bölgəsindəki xizək kurortunda faciəvi hadisə baş verib. Ərazidə uçqunu nəticəsində 3 nəfər həyatını itirib.
Reyting.az xəbər verir ki, uçqun 2600 metr yüksəklikdə qeydə alınıb və 6 nəfərdən ibarət qrup uçqun altında qalıb.
Əraziyə axtarış-xilasetmə qrupları göndərilib. İlkin məlumata görə, uçqun altında qalan 2 kişi və 1 qadın həyatını itirib, 3 nəfər xilas edilib.
Uçqun buz təbəqəsinin qopması nəticəsində qar və buzun dağ yamacından sürüklənməsi nəticəsində baş verib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.