AZ

Ukrayna ilə müharibə davam etdiyi dönəmdə Rusiyada daxili islahatların tətbiq edilməsi real görünmür

ain.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak prezident Vladimir Putinə ölkə miqyasında köklü dəyişikliklər nəzərdə tutan konseptual sənəd təqdim edib. Layihə iqtisadi və məhkəmə islahatlarını, güc strukturlarında struktur dəyişikliklərini, eləcə də genişmiqyaslı amnistiyanı əhatə edir. RBC layihənin həqiqiliyini təsdiqləyib. Məlumata görə, sənəd 2025-ci ildə Kreml daxilində qapalı müzakirə predmeti olub və bir neçə siyasi mərkəzdə ciddi rezonans doğurub.Rusiyada daxili dəyişikliklər nə vaxta planlanır?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya son vaxtlar ciddi bir savaş aparmasına rəğmən, həm də yeni dünya düzəninə dair müəyyən konsepsiyalara müəlliflik edir.

Əli Mustafa

“Sirr deyir ki, bu gün Kremlin özünün də qüllələri, yəni müxtəlif güc mərkəzləri yeni dünya düzənində Rusiyanın rolu ilə bağlı fərqli düşüncələr və mövqelər ortaya qoya bilər. Hətta indiki savaşa da münasibətdə fərqli yanaşmalar var. Amma Putinin bu müharibəni israrla istəməsini nəzərə alaraq, ola bilsin ki, qorxurlar. İndi səslərini çıxartmırlar. Yəni Rusiya-Ukrayna savaşının dayandırılması ilə bağlı belə prinsipial mövqe qoymurlar. Amma Rusiyanın gələcəyi, Rusiyanın yeni idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı fikirlər irəli sürürlər”-deyən politoloq qeyd edib ki, Dmitri Kozakın belə bir təklifi olduğu qeyd olunur, hətta bəzi iddialara görə, o, Rusiyanın gələcək prezidenti də ola bilər.

“Bu təkliflər indi də gündəmə gələ bilər, amma müharibə apardığı təqdirdə Rusiya çətin ki, islahatlar etsin. Yəqin ki, daha çox müharibədən sonrakı və yaxud yeni dünya düzəni quruculuğu dönəmindəki Rusiyadakı islahatlardan söhbət gedir. Əlbəttə, burada yalnız xalqın etirazı fonunda deyil, ümumiyyətlə, Rusiyanın siyasi hakimiyyətində olan müəyyən "beyin mərkəzləri" düşünürlər ki, hər halda Rusiya yeni dünya üzərində necə olmalıdır, onların yeri harada olmalıdır, nələrə sahib olmalıdırlar, nələri dəyişməlidirlər, nələri yeniləşdirməlidirlər? Yəni bu baxımdan mümkündür ki, Kozak yeni Rusiya dövləti və yaxud da yeni Rusiya imperiyası ilə bağlı öz baxışlarını açıqlayıb. Təbii ki, bu da onun şəxsi mövqeyi deyil. Kozak həmin Kreml qüllələrindən hansısa birinin mövqeyini sərgiləyib”-deyən politoloq hesab edir ki, müharibənin davam etdiyi şəraitdə bu ideyaların islahata çevrilməsi reallaşması mümkün olmayacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
icma.az

1Mənbələr