AZ

İslam Həmrəyliyi Oyunlarının qalibi Azərbaycan klubunun yeni baş məşqçisi olub - EKSKLÜZİV

Bakı, 30 dekabr, AZƏRTAC

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandasının yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, kollektiv Yekaterina Peçeyə tapşırılıb. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

Yekaterina Peçe 2017-ci ildə Azərbaycan millisinin heyətində Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, vaxtilə “Qarabağ” və Mingəçevirin “Nur” klublarında da çıxış edib.

Yığmanın sabiq üzvü bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Seçilən
127
2
azertag.az

3Mənbələr