Banqladeş Milliyyətçi Partiyasının lideri və ölkənin ilk demokratik yolla seçilmiş qadın baş naziri Begüm Xaleda Ziya 80 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Banqladeş Millətçi Partiyası (BNP) bəyanat yayıb.
Bildirilib ki, Ziya bir müddətdir yaşadığı ciddi sağlamlıq problemlərindən, əsasən ürək xəstəliklərindən və diabetdən sonra həyatını itirib.
“Dhaka Tribune” qəzetinin məlumatına görə, Banqladeşdə müvəqqəti hökumətə baş məsləhətçi kimi rəhbərlik edən Məhəmməd Yunus, Ziyanın vəfatı ilə bağlı başsağlığı mesajında "Biz ölkənin böyük bir qoruyucusunu itirdik" deyib.