Ajans.az URA.ru-ya istinadən xəbər verir ki, haker sistem zəifliklərindən istifadə edərək şəhər küçələri, mağazalar, fabriklər və digər yerlərdə quraşdırılmış kameraların idarəsini ələ keçirib. Haker hücumu təxminən bir həftə ərzində başa çatdırılıb. Qeyd olunur ki, bu hadisə əvvəlki hücumları xatırladır. Daha əvvəl KillNet qrupundan olan rusiyapərəst hakerlər Ukraynada dron istehsalı zavodlarının interaktiv xəritəsini hazırlamış, bu xəritənin yalnız Rusiya hərbçiləri üçün və məhdud sayda insan tərəfindən istifadə oluna biləcəyi açıqlanmışdı. Ukrayna təhlükəsizlik xidmətləri haker hücumunu araşdırır və sistemlərin bərpası üçün tədbirlər görür.