AZ

Ərəbistan Yəmənə zərbə endirdi Fövqəladə vəziyyət

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi ölkə daxilində 90 günlük fövqəladə vəziyyət elan edib.

Axar.az xəbər verir ki, bu barədə SABA agentliyi məlumat yayıb.

Fövqəladə vəziyyət 2014-cü ildən bəri davam edən çevrilişə qarşı mübarizə zərurəti, eləcə də BƏƏ tərəfindən dəstəklənən Cənub Keçid Şurasının üsyançıları tərəfindən gözlənilən üsyanla əlaqədar olaraq tətbiq edilib.

Bildirilib ki, bundan əvvəl Səudiyyə Ərəbistanı Yəmənin şərqindəki Hadramaut bölgəsində hərbi əməliyyat elan edib.

Bundan başqa, Əl-Alimi BƏƏ ilə birgə müdafiə sazişinin ləğvini elan edib və bu ölkə qüvvələrinin 24 saat ərzində Yəmən ərazisindən çıxarılmasını tələb edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı dekabrın 30-u səhər saatlarında Yəmənin Hadramaut əyalətindəki Əl-Mukalla liman şəhərinə zərbələr endirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
155
22
axar.az

10Mənbələr