ABŞ Venesuelaya dron zərbəsi ENDİRİB
Ajans.az CNN-ə istinadən xəbər verir ki, ABŞ hakimiyyət orqanlarının Venesueladakı narkotik ticarət qrupunun – Tren de Aragua-nın narkotik saxlamaq və gəmilərə yükləmək üçün istifadə etdiyi dok olub. Məlumatlara görə, zərbə zamanı obyektdə heç kim olmayıb və partlayış nəticəsində xəsarət alan olmayıb. Mənbələr bildirir ki, Venesuelada narkotik tacirləri tərəfindən istifadə olunan bir çox dok mövcuddur və bu zərbə əsasən simvolik xarakter daşıyıb. Lakin eyni zamanda, bu əməliyyat Vaşinqton və Karakas arasında gərginliyin artmasına səbəb ola bilər. CNN-ə danışan mənbə qeyd edib ki, ABŞ-ın Venesuelada hədəfə dron hücumu bu sahədə ilk məlum əməliyyatdır. Prezident Donald Tramp əvvəllər zərbə barədə məlumat vermiş, lakin heç bir təfərrüat açıqlamamışdı. Tramp WABC radiosuna verdiyi açıqlamada bildirib: “Onların böyük bir obyekti, böyük bir qurğusu var, bilirsiniz, gəmilər oradan çıxır. Biz onu iki gecə əvvəl məhv etdik, ona görə də onlara kifayət qədər güclü zərbə vurduq.” Daha sonra Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündə jurnalistlərin suallarını cavablandıraraq əlavə edib ki, ABŞ əvvəllər narkotik daşımaq üçün istifadə edilən Venesuela qayıqlarını hədəfə almışdı, indi isə qanunsuz maddələrlə yüklənmiş ərazi məhv edilib. “Bu, onların təchizat sahəsidir. Onlar hər şeyi orada təşkil edirlər və indi bu artıq mövcud deyil”, – deyə Tramp vurğulayıb. Prezident ABŞ-ın Venesuelaya qarşı bu əməliyyatı yeganə hücum olub-olmadığı barədə açıqlama verməkdən imtina edib.