AZ

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniya və Herseqovinada saxlanılıb

Bakı, 30 dekabr, AZƏRTAC

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Seçilən
111
15
azertag.az

10Mənbələr