AZ

FİFA prezidenti qiymətlə bağlı tənqidlərə cavab verdi

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dubayda keçirilən Dünya İdman Sammitində FİFA prezidenti Canni İnfantino gələn il keçiiləcək dünya çempionatı üçün bilet qiymətlərinin yüksək olması ilə bağlı tənqidlərə cavab verib. Sport24.az xəbər verir ki, İnfantino qiymətlərin belə olmasını turnirin xərclərini ödəmək və 150-dən çox ölkədə futbolun inkişafına dəstəklə əlaqələndirib:

"Əhəmiyyətli olan odur ki, bundan əldə edilən gəlirlə dünyada futbolun inkişafına yenidən investisiya qoyulsun. FİFA olmasaydı, 150 ölkədə futbol olmazdı. Dünya çempionatından əldə etdiyimiz gəliri yenidən bu sahəyə investisiya edirik".

Qeyd edək ki, əksər azarkeşlər DÇ-2026-ya satılan biletlərin baha olmasından narazıdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
sport24.az

1Mənbələr