AZ

“Mərmər soyuğu” mükafata doymur

Olay.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Qızıl Pəri” peşə mükafatının 2025-ci il müsabiqəsi və Professional Kinorejissorlar Gildiyasının təsis etdiyi mükafatlandırma mərasimi baş tutub.

OLAY yazır ki, mərasimdə kino sahəsindən bir çox sima mükafatlandırılıb.

“Ən yaxşı rejissor işi” Asif Rüstəmova “Mərmər soyuğu” filminə görə verilib.Qeyd edək ki, film uğursuz rəssam və onun sevdiyi qadın arasındakı münasibətlərdən bəhs edir. Həbsdən qayıdan ata, oğlunun həyatına müdaxilə etməyə çalışır. Baş rollarda: Azərbaycanın xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Nətavan Abbaslı.

Film daha əvvəl Estoniya, Hindistan, Qazaxıstan, Fransa, Bolqarıstan, Yunanıstan, Serbiya, Rusiya və Almaniyada keçirilən beynəlxalq kino festivallarında uğurla nümayiş etdirilib və müxtəlif nominasiyalarda mükafatlar qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
olay.az

1Mənbələr