AZ

“İnter”in sabiq futbolçusu Azərbaycan klublarına lazım olmadı

ain.az bildirir, sport24.az portalına istinadən.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Pyer Zebli "Zirə"dən ayrıldıqdan sonra yeni klub tapmaqda çətinlik çəkir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu artıq altı aydan çoxdur ki, komandasızdır və Azərbaycan klublarına da təklif olunub.Lakin buna baxmayaraq, afrikalı oyunçu rədd cavabı alıb.

2012–2014-cü illərdə İtaliyanın "İnter" klubunun aşağı yaş qruplarında çıxış edən Zebli, 2014–2015 mövsümündə isə "Milan"ın əsas heyəti ilə məşqlərə qatılıb. Hazırda o, məşqlərini ölkəsində davam etdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
1
sport24.az

2Mənbələr