ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ildə Pakistanda 2115 terrorçu məhv edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Münaqişələr və Təhlükəsizlik İnstitutunun (PİCSS) hesabatında bildirilir.
Bu göstərici son 10 ildə rekorddur. Hesabatda həmçinin, il ərzində terrorçular tərəfindən mindən çox hücumun olduğu bildirilir. Bu hücumlar nəticəsində hərbi, təhlükəsizlik və mühafizə strukturlarının 664 əməkdaşı öldürülüb. Eyni zamanda 508 dinc sakin də terrorun qurbanı olub.
Yeri gəlmişkən, PİCSS-nin məlumatına görə, "Global Terrorism Index" daxil edilən 65 ölkə arasında terror təhlükəsinə görə Burkino-Fasodan sonra ikinci yerdədi.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.