AZ

ARDNF-nin 2025-ci il üzrə fəaliyyət və göstəricilərinin İCMALI

Bakı. Trend:

2025-ci il Azərbaycan Respublikası Dövlət Neft Fondu(ARDNF/SOFAZ) üçün həm strateji, həm də maliyyə baxımından uğurluil oldu. Fond yalnız aktivlərini artırmaqla kifayətlənmədi, eynizamanda dayanıqlı enerji, infrastruktur və beynəlxalq investisiyasahələrində strateji addımlar ataraq gələcək nəsillər üçün ölkəniniqtisadi zəminini möhkəmləndirdi. Cari ilin 3-cü rübündə ARDNF-inaktivləri 16,9% artaraq 70,2 milyard ABŞ dollarına çatdı ki, bu daÜDM-in 91,2%-i səviyyəsində dayanıqlı sərvət fondu yaratdığınıtəsdiqləyir.

Fondun ümumi maliyyə göstəriciləri

Bu ilin yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 13milyard 73,5 milyon manat, büdcə xərcləri isə 10 milyard 917,8milyon manat təşkil edib.

9 ay ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 7milyard 837,7 milyon manat, o cümlədən, mənfəət neft-qazınınsatışından 7 milyard 68,8 milyon manat, bonus ödənişləri vətranzitdən 765,3 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli"yatağından 6 milyard 183,9 milyon manat, "Şahdəniz" yatağından isə697 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarəolunmasından əldə edilən gəlir isə 5 milyard 235,7 milyon manatolub.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 10 milyard 860,8 milyonmanat transfert edib (9 ay ərzində Azərbaycan Mərkəzi Bankınıniştirakı ilə həyata keçirilən hərraclarda 4 milyard 350,3 milyonABŞ dolları məbləğində vəsait satıb). Maliyyə Nazirliyininaçıqladığı ən son rəqəmlərə əsasən isə, bu ilin yanvar-noyabraylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinətransfertlər 13 milyard 274,3 milyon manat təşkil edib ki, bu daötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur. Bu il ARDNFbüdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməli olduğundan,Fond tərəfindən 11 aylıq ödəniş tam icra edilib.

Bundan başqa, bu ilin ilk 9 ayında ARDNF "2019-2023-cü illərüçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasıüzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 8,2 milyon manat,"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindətəhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nınmaliyyələşməsinə 26,1 milyon manat yönəldib, idarəetməyə isə 22,9milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqhesabına büdcədənkənar gəlirləri isə 15 milyard 66,1 milyon manattəşkil edib.

Hesabat dövründə ARDNF-in aktivlərində müşahidə olunan artıməsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər vəbüdcədənkənar gəlirlər hesabına formalaşıb.

Eyni zamanda bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu(ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatlarını 184,8 tonaçatdırıb. Məlumata görə, oktyabrın 1-nə ARDNF-in investisiyaportfelində qızılın xüsusi çəkisi 32,8% olub ki, bu da iyulun 1-iilə müqayisədə 4 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı iləyanaşı, onun qiymətinin artması da rol oynayıb.

Maliyyə bazarları baxımından, III rübdə müşahidə olunan nisbətənsakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilikdərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasınasəbəb olub. Avrozona və Böyük Britaniyanın 10 illik dövlətistiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalmatendensiyası müşahidə olunub. Yüksək faiz gəlirlərinin də töhfəsiilə Fondun borc öhdəliklərindən əldə etdiyi gəlirlər artıb.

Qlobal səhm bazarları III rübdə güclü performans göstərərək,əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirib.Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsasindekslər yüksək gəlirlilik göstərib. Bu müsbət dinamika rübərzində ARDNF-in səhm bazarlarından əldə olunan gəlirlərinəəhəmiyyətli dərəcədə töhfə verib.

Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimumsəviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobalmiqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi bankların həyatakeçirdiyi iri məbləğli alışlar və digər mənbələrdən mövcud tələbatqızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, buamillər Fondun qızıl altportfelinin performansını əhəmiyyətlidərəcədə yaxşılaşdırıb və büdcədənkənar gəlirlərin artımına töhfəverib.

Strateji beynəlxalq investisiyalar

ARDNF 2025-ci ildə bir sıra strateji investisiyaları uğurlahəyata keçirib. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu(ARDNF) bu ilin may ayının sonunda Əbu-Dabidə yerləşən, qlobalalternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”)tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə“ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞdolları həcmində investisiya yatırıb. Bu investisiya ARDNF-nindayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlarvasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraqhəyata keçirilib və Fondun Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionuilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlib.

Bundan başqa, bu ilin iyulunda Fond və bərpa olunan enerjisahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti,ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəşfotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49%-likpay əldə etməsini nəzərdə tutan müqavilə imzaladı. Bu investisiyaillik 685 milyon kilovat-saat enerji istehsalını təmin edərək 250minə yaxın ailənin enerji tələbatını qarşılayacaq və karbonemissiyasını 184,950 ton azaldacaq.

Eyni zamanda ARDNF il ərzində daha bir diqqətçəkən yatırım etdi.Belə ki, ARDNF “Global Infrastructure Partners” fondu vasitəsilə“Italo”ya sərmayə yatırdı. Şirkət İtaliyada 54 şəhəri birləşdirənmarşrutlarda fəaliyyət göstərir və dayanıqlı mobillik həllərinəartan tələbat fonunda böyük artım potensialına malikdir. Buinvestisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastrukturaktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiyaportfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətəmalikdir.

Dövr ərzində Çin ilə əməkdaşlıq baxımından da mühüm addımatıldı. Bu ilin aprelində ARDNF ilə Çin İnvestisiya Korporasiyasıarasında Anlaşma Memorandumu imzalandı. Bu, Fondun qlobaltərəfdaşlıq imkanlarını genişləndirir və Asiya bazarına çıxışıtəmin edir.

ARDNF 2025-ci il ərzində beynəlxalq platformalarda aktiviştirakını davam etdirib. Nüfuzlu “Global SWF” platformasıtərəfindən “Ayın Fondu” seçilib. Eyni zamanda CFA İnvestisiyaKonfransında və Pekində ESG (Ətraf mühit, Sosial və Korporatividarəetmə) təcrübəsini təqdim edib. Bundan başqa, ilk dəfə təşkilolunan “Gələcəyimizə İnvestisiya” proqramı vasitəsilə investisiyasahəsində karyera qurmaq istəyən 8 tələbə qız mentorluq dəstəyi iləreal iş mühitində təcrübə qazanıb.

Dayanıqlı enerji və investisiyaportfeli

2025-ci ildə ARDNF-in diqqət mərkəzində dayanıqlı enerji vəinfrastruktur sahələri olub. İtaliyadakı günəş stansiyalarıportfeli və “Italo” sərmayəsi, həmçinin qlobal enerji və nəqliyyatinfrastrukturuna yatırımlar, Fondun uzunmüddətli stratejihədəflərinə uyğun olaraq sabit və proqnozlaşdırıla bilən gəlirmənbələri yaradıb.

Beynəlxalq qiymətləndirmələr

2025-ci ildə ARDNF-in fəaliyyəti beynəlxalq maliyyə institutlarıtərəfindən yüksək qiymətləndirilib. Belə ki, “Moody’s”, “Fitch” və“S&P” Fondun aktivlərinin dayanıqlığını, uzunmüddətliinvestisiya strategiyasını və Azərbaycanın iqtisadi sabitliyinəverdiyi töhfəni xüsusi vurğulayıblar.

“S&P Global Ratings”in hesabatında ARDNF-in əhəmiyyətliaktivləri fonunda Azərbaycanın fiskal və xarici buferlərininşoklara qarşı dayanıqlı olduğu vurğulanır. “S&P” qeyd edir ki,ARDNF-də toplanmış valyuta aktivləri xarici şoklar və qiymətdövrlərində mənfi təsirlərin öhdəsindən gəlmək üçün kifayət qədərimkan yaradır.

“Fitch Ratings” isə proqnozlaşdırır ki, ARDNF-in aktivləriqiymət artımları sayəsində davamlı artacaq və xarici ehtiyatlar2025–2027-ci illərdə tam dayanıqlı qalacaq.

Bu rəylər ARDNF-in təkcə maliyyə göstəricilərini deyil, həm dəstrateji və idarəetmə yanaşmasını qlobal səviyyədə tanıdığınıgöstərir.

Beləliklə, ARDNF 2025-ci ildə aktivlərini gücləndirərəkbeynəlxalq investisiyalarda iştirakını genişləndirmiş, dayanıqlıenerji və infrastruktur sahələrində strateji addımlar atmışdır.Fond həm maliyyə göstəricilərində, həm də sosial məsuliyyət və ESGprinsiplərində lider mövqeyini qoruyaraq, Azərbaycanın gələcəknəsilləri üçün dayanıqlı iqtisadi zəmin yaratmağa davam edir.

Seçilən
114
50
az.trend.az

10Mənbələr