Rusiya Prezidenti Vladimir Putin 2026-cı ilin yanvar ayından 31 dekabr tarixinə qədər ölkədə hərbi çağırışın keçirilməsi ilə bağlı fərman imzalayıb.
Vətəninfo.az xəbər verir ki, bu fərmanla 261.000 nəfər hərbi xidmətə çağırılacaq. Bu gün dərc olunan sənəddə “ehtiyatda olmayan və hərbi xidmətə cəlb olunmuş 18-30 yaş arası Rusiya vətəndaşları”ndan bəhs olunur.
Eyni fərmanla, xidmət müddəti artıq başa çatmış əsgərlər, matroslar, çavuşlar və gizirlər ordudan tərxis olunacaqlar.