AZ

8 nəfərə qarşı312 min manatlıq dələduzluq - İŞ MƏHKƏMƏDƏDİR

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası 8 yanvara təyin edilib.

İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov müxtəlif vədlər verməklə vətəndaşların etibarından sui-istifadə etməklə 312 min manatdan çox pulu ələ keçirib.

Seçilən
32
aznews.az

1Mənbələr