AZ

Dünyanın ən bahalı 10 qapıçısı açıqlandı


Nüfuzlu “Transfermarkt” portalı dünyanın ən bahalı 10 qapıçısının reytinqini dərc edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıda ilk yeri “Mançester Siti”nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma tutub.
Reytinqə görə, təcrübəli qapıçının qiyməti 45 milyon avro qiymətləndirilir.
Ən bahalı qapıçı siyahısında ikinci yerdə 40 milyon avro ilə “Porto”nun qapıçısı Dioqo Kosta qərarlaşıb. İlk üçlüyü isə eyni məbləğlə (40 milyon avro) “Borussiya Dortmund”un qapıçısı Qreqor Kobel tamamlayıb.
İlk onluğa həmçinin Bart Verbryuggen (“Brayton end Houv Albion” - 35 milyon avro), Lukas Şevalye (PSJ -35 milyon avro), Mayl Slivar (“Roma” - 35 milyon avro), Devid Raya (“Arsenal”- 35 milyon avro), Coan Qarsiya (“Barselona” - 30 milyon avro), Qulyelmo Vikario (“Tottenhem Hotspur” - 30 milyon avro), Anatoli Trubin (“Benfika” - 28 milyon avro) daxil olub.
Seçilən
84
yeniavaz.com

1Mənbələr