AZ

Mbappe sahibi olduğu kluba məşhur futbolçunu baş məşqçi gətirdi

Fransanın "Kan" klubu Qael Klişinin komandanın yeni baş məşqçisi olduğunu rəsmən açıqlayıb.

Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis klubla əməkdaşlığına son qoyan Maksim Dornanonun yerinə keçib.

Bu, Klişinin müstəqil baş məşqçi kimi ilk təcrübəsidir. Əvvəllər o, Fransa gənclər komandasında köməkçi məşqçi olub və həmçinin Olimpiadada Fransa Olimpiya komandasının məşqçilər heyətində Tyerri Anriyə kömək edib.

"Kan" hazırda Fransa üçüncü divizionunda 23 xalla 10-cu yerdədir. Klişinin rəsmi debütü yanvarın 16-da "Konkarno"ya qarşı çempionat oyununda olacaq.

Qeyd edək ki, "Kan"ın səhmlərinin 80 faizi "Real Madrid"in hücumçusu Kilian Mbappeyə məxsusdur.

Seçilən
73
1
fanat.az

2Mənbələr