AZ

Maliyyə naziri: "Beynəlxalq reytinq agentliklərinin indiki mövqeyi ilə kifayətlənmirik"

Azərbaycan beynəlxalq reytinq agentliklərinin indiki mövqeyi ilə kifayətlənmir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bildirib.

"Ölkəmizin sağlam fiskal siyasət yürütməsini, neftdən asılılığını azaltmasını, valyuta ehtiyatlarını 84 milyard ABŞ dollarına çatdırmasını beynəlxalq reytinq agentlikləri çox yüksək qiymətləndirib. "Fitch" "Sabit" proqnozla, "Moody's" "Müsbət" proqnozla Azərbaycana investisiya dərəcəli reytinq verib. ​Düşünürük ki, bunlar, Azərbaycanın maliyyə dayanıqlığına, fiskal mövqelərinin möhkəmliyinə və monitar sabitliyinə ən bariz göstəricidir. Əlbəttə, biz bu göstəricilərlə razı deyilik. Düşünürük ki, bizim valyuta buferimiz, maliyyə sağlamlığımız, qeyri-neft gəlirlərimizin artımı, sosial-iqtisadi sabitliyimiz daha yaxşı göstəricilərə iddia etmək imkanı verir və bu istiqamətdə beynəlxalq reytinq agentlikləri ilə işlərimiz davam etdirəcəyik", - deyə o qeyd edib.

Seçilən
132
far.az

1Mənbələr