AZ

"Müharibə bitdikdən sonra ilk bunu edəcəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski müharibə bitdikdən sonra fasilə vermək istədiyini bildirib.

"Unikal" xəbər verir ki, o, bu açıqlamanı Amerikanın "Fox News" televiziya kanalına verib. 

Belə ki, Zelenskiyə "Döyüşlər bitdikdən və vəzifədən getdikdən sonra nə edəcəyi" ilə bağlı sual verilib.  O, isə cavab olaraq hələlik konkret planlarının olmadığını etiraf edib. 

"Bilmirəm. Həqiqətən də bilmirəm. Amma ilk işim istirahət etmək olacaq", - deyə Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, Ukrayna-Rusita arasında müharibə 24.02.2022-ci ildə başlayıb və bu günə kimi davam edir. 

Gülayə Mecid 

Seçilən
112
50
unikal.az

10Mənbələr