AZ

Rayona rəhbərliyi niyə 48 gün çəkdi?

Dünən Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, işdən çıxarılması E.İbrahimov üçün gözlənilməz olub.

Belə ki, o, bu gün iş başında olub, vətəndaş qəbulu keçirib, şikayətləri dinləyib. Qəbul başa çatandan bir qədər sonra icra başçısına işdən çıxarılması barədə məlumat verilib.

Amma E.İbrahimovun vəzifədən azad olunması təkcə onun üçün deyil, çoxları üçün də gözlənilməz haldır. Çünki ölkədə son illərdə yüksək vəzifəli məmurun belə qısa müddətdən sonra işdən çıxarılması faktı olmayıb.

E.İbrahimov bu vəzifəyə noyabrın 12-də təyinat almışdı və Nəsimi rayonuna cəmi 48 gün rəhbərlik edib.

O, bu müddət ərzində İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri etmişdi.

E.İbrahimov əvvəlcə icra başçının köməkçisi Elbrus Məmmədovu işdən çıxarıb. Yerinə isə Kürdəmir Rayon İcra Hakimiyyətində köməkçisi olmuş Ceyhun İsmayılovu gətirib. Bununla bağlı rəsmi əmr imzalanmaqla yanaşı dəyişiklilər Nəsimi Rayon İcra Hakimiyyətinin saytında da əksini tapıb. Köməkçi bölməsində Elbrus Məmmədovun adı silinib, yerinə Ceyhun İsmayılovun adı əlavə olunub.

Amma bir neçə gündən sonra E.İbrahimov C.İsmayılovu da işdən çıxarıb. Keçmiş köməkçinin adı İcra Hakimiyyətinin rəsmi saytından da silinib. Amma keçmiş icra başçısının köməkçisini qısa müddətdən sonra işdən çıxarmasının səbəbi məlum deyil.

Seçilən
142
aznews.az

1Mənbələr