Bu gün səhər saatlarında Türkiyənin 21 vilayətində polisin eyni vaxtda keçirdiyi əməliyyatlar zamanı 357 İŞİD-çi saxlanılıb.
“Yeni Sabah “Habertürk”ə istinadən xəbərinə görə, ölkənin daxili işlər naziri Ali Yerlikaya terror təşkilatı İŞİD-ə qarşı aparılan əməliyyatlara dair bildirib:
“Bu günə qədər olduğu kimi, bundan sonra da terrorla Türkiyəni diz çökdürməyə çalışanlara imkan verilməyəcək”.
X hesabındakı paylaşımında nazir qeyd edib ki, prokururluq, polis və kəşfiyyat qurumlarının birgə koordinasiyası ilə vilayət polis idarələri Adana, Ağrı, Ankara, Antalya, Bingöl, Çorum, Denizli, Erzincan, Qaziantep, Giresun, İstanbul, Kastamonu, Kilis, Konya, Muğla, Niğde, Osmaniye, Şanlıurfa, Şırnak, Yalova və Van vilayətlərində əməliyyatlar həyata keçirib.
Telegram kanalımız