AZ

Suriyada əsginaslardan Əsədin ailəsinin portretlərini YIĞIŞDIRDILAR

Ajans.az xəbər verir ki,bu barədə Suriyanın rəsmi SANA xəbər agentliyi məlumat yayıb. Prezident Əhməd əl-Şaraa bildirib ki, yeni əskinasların təqdimatı milli valyutanın nominasiya dəyişiklikləri ilə bağlıdır və bu addım ölkə üçün “bir dövrün sonu və yeni bir mərhələnin başlanğıcı” kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, yeni dizayn Suriyanın tarixi və mədəni irsini əks etdirməklə yanaşı, ölkə iqtisadiyyatının dollardan asılılığının azaldılmasına xidmət edəcək. “Tut, portağal, zeytun və buğda sünbüllərinin təsvir olunduğu yeni əskinaslar Suriyanın zəngin irsini simvolizə edir”, – deyə dövlət başçısı vurğulayıb. Qeyd edək ki, yeni dizayn təqdim olunmazdan əvvəl 2000 Suriya funtluq əskinasın üzərində Bəşər Əsədin, 1000 funtluq əskinasın üzərində isə Hafiz Əsədin portreti yer alırdı. Digər nominallarda isə Suriyanın mədəni-tarixi abidələrinin təsvirləri istifadə olunurdu.  

 

Seçilən
20
Ajans.az

1Mənbələr