AZ

Həcc ziyarətinə sənəd qəbulunun bitmə tarixi məlum olub

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Həcc ziyarətinə sənəd qəbulunun bitmə tarixi məlum olub.

Bu barədə APA-ya QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri paylaşım edib.

O bildirib ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilib.

"Səudi Ərəbistanı Həcc və Ümrə Nazirliyi bu il bütün həcc proseslərinin erkən bitməsini tələb edir. Buna görə də qeydiyyat tez bitəcək. Bu, təkcə Azərbaycana yox, bütün dünyaya şamil olunur. Kvotanın dolub-dolmamasından asılı olmayaraq göstərilən tarixdə ziyarət üçün sənəd qəbulu başa çatacaq", - Vüsal Cahangiri deyib.

Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dollardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
110
2
apa.az

10Mənbələr