AZ

Həcc ziyarəti üçün sənəd qəbulunun başa çatacağı tarix açıqlanıb

Bakı. Trend:

2026-cı il Həcc Ziyarəti üçün sənəd qəbulu fevralın 15-də başaçatacaq.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələrşöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiriməlumat verib.

Vüsal Cahangiri bildirib ki, fevralın 15-də kvota dolsa da,dolmasa da sənəd qəbulu bitəcək.

Həcc ziyarətinə getmək üçün tələb olunan sənədlər bunlardır:
- Xarici pasport (ən azı 1 il etibarlı)
- Şəxsiyyət vəsiqəsinin surəti
- Tibbi arayış (praktiki sağlam)
- 2 ədəd fotoşəkil

Qeyd edək ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6100 ABŞdolları, yəni 10,388 AZN təşkil edir.

Seçilən
108
1
az.trend.az

2Mənbələr