Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq elmi-texniki jurnalı “Machine Science” müxtəlif adlar altında 2001-ci ildən nəşr olunur. 2021-ci ildə jurnalın redaksiya heyəti dünyanın geniş coğrafiyasını əhatə edən nüfuzlu alimlərin iştirakı ilə yenidən təşkil olunub və jurnal yalnız ingilis dilində “Machine Science” adı ilə dərc olunmağa başlayıb.AzTU tərəfindən nəşr olunan “Machine Science” elmi-texniki jurnalında nəşr müəlliflər üçün ödənişsizdir.Jurnalın tədqiqat sahələrinə daxildir:• Maşınların layihələndirilməsi;• Mexanizmlər və maşınlar nəzəriyyəsi,• Maşın hissələrinin və ötürmə sitemlərinin layihələndirilməsi,• Sürtünmə və yeyilmə məsələlərinin tədqiqi,• Materiallar müqaviməti, Elastiklik və plastiklik nəzəriyyələri;• Maşınların etibarlılığı və keyfiyyəti məsələləri;• Konstruksiya materallarının xassələrinin öyrənilməsi;• Maşınqayırma texnologiyası;• Maşınların enerji səmərəliliyinin, məhsuldarlığının artırılması və ətraf mühitə mənfi təsirinin azaldılması,• Energetik maşınlar;• Avtomatlaşdırma və idarəetmə problemləri, süni intellektin tətbiqi;• Mexatronika və robototexnika• Maşınqayırmada iqtisadiyyat və idarəetmə.Jurnal haqqında ətraflı məlumatı http://msj.aztu.edu.az saytından oxuya bilərsiniz.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


